Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 7 ölü, 30 yaralı

09:43 - 21 Aprel 2019 - HADİSƏ

Hindistanda sərnişin avtobusu yük maşını ilə toqquşub. Ucnoqta.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Hadisə Uttar-Pradeş ştatı, Maynpuri şəhərinin Aqra-Lakhan avtomagistralında qeydə alınıb.

Məlumatda qeyd edilir ki, avtobus sürücüsü ötmə əməliyyatını yerinə yetirmək istəyərkən, qarşı zolaqdan yüksək sürətlə gələn yük maşının ilə toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.

Yaralılara təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

 

Namiq

Xəbər xətti