"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub

Turinin "Yuventus" klubu A Seriyasının 33-cü turunda "Fiorentina"nı qəbul edib.

 "Alyans Stadium"da baş tutan qarşılaşma turinlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı "Fiorentina" açıb. Ardınca Turin klubu iki qol vuraraq önə keçib.

Bu qələbə "Yuventus"un cari mövsümdə A Seriyasında çempionluğunu təmin edib. Turin klubu qələbə sayəsində xallarının sayını 87-yə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. İkinci pillədə "Napoli" qərarlaşıb. Neapol təmsilçisi ilə Massimiliano Alleqrinin komandası arasında xal fərqi 20-dir. Çempionatın bitməsinə isə 6 tur qalıb.

Bu, "Yuventus"un ardıcıl 8-ci çempionluğu olub.

İtaliya A Seriyası. 33-cü tur

"Yuventus" – "Fiorentina" - 2:1

Qollar: 0:1 – Milenkoviç – 6, 1:1 – Sandro – 37, 2:1 – Pesselya – 53 (avtoqol)
report

Tarix
20 Aprel 2019 [22:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-20 22:36:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin