Bakıda qadın sürücü avtobus dayanacağına girdi- xəsarət alanlar var

21:18 - 20 Aprel 2019 - HADİSƏ

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə Binqədi qəsəbəsində baş verib. Hələlik şəxsiyyəti məluma olmayan qadın sürücü idarə etdiyi “Kia” markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub.

Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti