4.5 km hündürlükdə, 100 km radiusda kəşfiyyat aparan dron hazırlanıb

17:35 - 20 Aprel 2019 - DİGƏR

Rusiyada Jukovski və Qaqarin adına Hərbi Hava Akademiyasının əməkdaşları yeni kəşfiyyat dronu hazırlayıblar.

Ucnoqta.az “RİA Novostiyə” istinadən xəbər verir ki, bu barədə hərbi akademiyanın rəhbəri Qennadiy Zibrov aprelin 20-si “Exo Moskva” radiosunun efirində danışıb.

“Bizim tərəfimizdən hazırlanan helikopter tipli pilotsuz aparat var. Helikopterə müvafiq vəzifələri yerinə yetirmək üçün radio kəşfiyyat stansiyası quraşdırmışıq. Bu nümunə artıq sınaqdan keçirilir, mən əminəm ki, ilin axırına kimi onun kütləvi istehsalına başlanılacaq” – o, akademiyanın innovativ işi barədə danışarkən belə deyib.

Zibrov əlavə edib ki, dron akademiyanın kursantları tərəfindən hazırlanıb.
Onun sözlərinə görə, pilotsuz aparat 4.5 kilometr hündürlükdə və 100 kilometr radiusda kəşfiyyat apara bilir.

 

Namiq

Xəbər xətti