Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması və xəsarət alması ilə əlaqədar türkiyəli həmkarı Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Başsağlığında bildirilir:
“Qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən uğurla həyata keçirilən terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik.
Şəhidlərimizə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Tarix
20 Aprel 2019 [15:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-20 15:09:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin