ABŞ səfiri Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən Danışdı

13:57 - 20 Aprel 2019 - SİYASƏT

"Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm"

“Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm”.  Bunu ABŞ-ın Azərbaycandakı səfir Örl Litzenberqer ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvətini şərh edərkən “Report”a deyib.

O, görüşün tarixi barədə dəqiq məlumat verə bilməyəcəyini vurğulayaraq aprelin 15-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşünü müsbət dəyərləndirib: “ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir“.

Xəbər xətti