Salyanda ağır qəza: 4 yaşlı uşaq ölüb - Foto

Ötən gün Ələt-Astara avtomobil yolunda ağır qəza baş verib.

Hadisə yolun Salyan rayon Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Əhlimanovlar ailəsinin olduğu "Oka" markalı "52-BF-103" dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşıb.

Qəzada sürücü, 1985-ci il təvəllüdlü Səxavət Kəramət oğlu Rzayev sağ diz oynağının və sağ döş qəfəsinin əzilməsi, 1988-ci il təvəllüdlü Mayıl Babalar oğlu Əhlimanov sağ qabırğa sınıqları və onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Asudə Əliismayıl qızı Vəliyeva sağ gicgahın və sağ budun əzilməsi xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı 2015-ci il təvəllüdlü R.Əhlimanov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Sürücü və A.Vəliyeva həkim müayinəsindən sonra ambulator müalicəyə buraxılıb./trend

Tarix
20 Aprel 2019 [11:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-20 11:30:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin