Göyçaya qar yağıb

10:41 - 20 Aprel 2019 - ÖLKƏ İÇİ

Azərbaycanın aran bölgəsinə qar yağıb.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, iki gün davam edən aramsız yağışlardan sonra bu gün səhər saatlarından Göyçaya qar yağmağa başlayıb. Temperatur kəskin aşağı düşüb.

Qeyd edək ki, Azərbaycanın aran bölgəsinə aprel ayında qarın yağması xarakterik deyil.

Xəbər xətti