Sumqayıtda 56 yaşlı qadın dəm qazından zəhərlənib

23:32 - 19 Aprel 2019 - HADİSƏ

Sumqayıtda axşam saatlarında dəm qazından zəhərlənmə olub.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində fərdi yaşayış evlərinin birində qeydə alınıb. 1963-cü il təvəllüdlü Abbasova Mətanət Abbas qızı yaşadığı evdə dəm qazından zəhərlənib. 

56 yaşlı qadın dərhal xəstəxanaya  çatdırılıb  və ona tibbi yardım  göstərilib.
Faktla bağlı  araşdırma  aparılır.

Xəbər xətti