Yasamalda mənzildə yanğın baş verib

23:25 - 19 Aprel 2019 - HADİSƏ

Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olub.

Hadisə binanın 3-cü mərtəbəsində, Muxtar Mollayevə məxsus mənzildə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşını cəlb edilib. Yanğın söndürülüb.

İlkin ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan siqaret olub. Eyvanda tezalışan konstruksiyalar olduğuna görə, alov daha da yayılıb və mənzilin 2 otağı tamamilə yanıb. /report

Xəbər xətti