Şəmkirdə iki avtomobil toqquşub: 1 ölü, 3 yaralı var

19:45 - 19 Aprel 2019 - HADİSƏ

Şəmkir rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes-Benz" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti