Bakıda ərini döyə-döyə öldürən qadının məhkəməsi olub

18:47 - 19 Aprel 2019 - Xəbər

Bakıda ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyeva Apellyasiya məhkəməsinə şikayət edib.

Təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası aprel ayının 23-də hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək. Hadisə 2017-ci ilin noyabr ayında Bakının Sabunçu rayonunda baş verib.

İttihama görə Sabunçu rayonunda yaşayan 23 yaşlı Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.

İki uşaq anası olan Tünzalə Vəliyeva ərinin onu hər gün döydüyünü bildirib: 

“Nazimin evə çox vaxt içkili gəlməsindən bezmişdim, məni hər gün döyürdü, təhqir edirdi. Həmin gün də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq, qaz balonu ilə başına vurmağa başladım”. 

T.Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir qolu sınıb və gipsdə imiş. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Tünzalə Vəliyeva 16 il azadlıqdan məhrum edilib./olke.az

Xəbər xətti