Bakıda yeraltı keçiddə kişi meyiti tapılıb

11:45 - 19 Aprel 2019 - HADİSƏ

Bakıda naməlum kişi meyiti tapılıb. 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 18-i saat 20 radələrində Mədəniyyət və İncəsənət Universitetinin qarşısındakı yeraltı piyada keçidinin girişində 55-60 yaşlarında kişi meyiti tapılıb.

Meyitin üzərində xəsarətlər aşkar olunmayıb. Yasamal rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, meyitin daxili müayinəsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Xəbər xətti