Maşını vurulan kişi qadın sürücünü təhqir etdi- Video

11:38 - 19 Aprel 2019 - Xəbər

Hətta ona ağır söyüş də söyür

Sosial şəbəkələrdə yayılan video izləyənlərin qəzəbinə səbəb olub. Xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Görüntülərdən də anlaşılır ki, xəsarət o qədər də ciddi deyil. Lakin avtomobili əzilən şəxs xanımı olmazın sözlərlə təhqir edir. Hətta ona ağır söyüş də söyür. Şəxs bir az da irəli gedərək onu vurmaqla təhdid edir. Xanım isə bütün bu təhqirlər qarşısında ona mədəni şəkildə cavab verir.

Görüntüləri təqdim edirik:

Xəbər xətti