“Torqovı”da restoranda yanğın olub - Foto

10:54 - 19 Aprel 2019 - HADİSƏ

Bakıda restoranda yanğın olub.

Ucnoqta.az ONA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində yerləşən “Al Furat” restoranında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.


Xəbər xətti