Bakıda məişət tullantıları meydançasındakı yanğın ağaclara zərər vurub

22:20 - 18 Aprel 2019 - Xəbər

Aprelin 18-də saat 20:00 radələrində Xətai rayonu Araz Novruzov və Qafqaz küçələrinin kəsişməsindəki məişət tullantıları konteynerində naməlum səbəbdən yanğın baş verib.

Yanğın zamanı külək nəticəsində alov 58 nömrəli tam orta məktəbin həyətindəki 2 ədəd şam ağacına sıçrayıb və şam ağaclarında yanğın baş verib.

Məktəbin gecə gözətçisi dərhal FHN-in Yanğından Mühafizə İdarəsinə məlumat verib.

Yanğın söndürülüb, məktəbin binasına zərər dəyməyib və xəsarət alan olmayıb./report 

 

Xəbər xətti