Bulvara giriş bağlanır

21:57 - 18 Aprel 2019 - Xəbər

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq.

Bunu  Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bu gün keçirilən tədbirdə deyib.

N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər.

Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq:

“Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq”./oxu.az

Xəbər xətti