“Günahsız Günahkarlar” 6 rayonda nümayiş olunub- Foto

 Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsində olan Bakı Uşaq Teatrı “Günahsız Günahkarlar” tamaşası ilə qastrol səfərindədir.

Ucnoqta.az xəbər verir ki, əsərdə qlobal problem olan insan alverinə qarşı maariflənmə mübarizə forması kimi qabardılır. Böyüklər üçün nəzərdə tutulan tamaşanın müddəti 1 saat 10 dəqiqədir.
Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər.

Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru əməkdar artist İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, musiqi tərtibatı Rauf Hüseynli, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.

Tamaşanın 15-18 aprel tarixlərində Qobustan, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Qəbələ rayonlarında nümayiş olunub.

Tarix
18 Aprel 2019 [19:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-18 19:40:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin