Mədəniyyət naziri yeni təyinatla bağlı əmr imzalayıb

18:42 - 18 Aprel 2019 - Xəbər

Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Ellşən (Sərxanoğlu) Hacıyev Sumqayıt Dövlət Dram Teatrına yeni baş rəssam təyin olunub.

Teatrın mətbuat xidmətindən  verilən məlumata görə, Hacıyev Elşən Sərxan oğlu Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür./trend

Xəbər xətti