Şəkidə həbsdən çıxan şəxs kəndə qayıdıb qohumunu öldürdü

16:35 - 18 Aprel 2019 - Xəbər

Qəsdən adam öldürməkdə ittiham olunaraq həbs olunan Bağırov Zaur İnayət oğlu Ali Məhkəməyə şikayət edib.

Onun şikayəti ilə bağlı məhkəmə baxış iclası may ayının 22-də hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Zaur Bağırov 28 may 2011-ci ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Məntəqə tipli cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çəkən Mehman Xeyirovla sonuncunun idarə etdiyi avtomaşınla cəzaçəkmə müəssisəsindən Şəki rayonunun Qayabaşı kəndinə qayıdarkən kəndin girəcəyində həmkəndlisi və qohumu Eldəniz Mustafayevlə rastlaşıb. Onlar birlikdə kənddəki Mədəniyyət evinin yaxınlığında yerləşən bağ sahəsinə gedərək orada yemək yeyiblər. Eldəniz Mustafayevin son zamanlar onunla rastlaşarkən kürəyinə sillə vurub, ələ salaraq nalayiq ifadələr işlətməsi Zaur Bağırovu əsəbləşdirib. Mübahisə zamanı o, yaşadığı evdən ov tüfəngini gətirərək Eldəniz Mustafayevə bir dəfə atəş açıb. Yaralı hadisə yerində olan Mehman Xeyirov tərəfindən Oğuz Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Eldəniz Mustafayev xəstəxanada dünyasını dəyişib./Olkə.Az

 

Xəbər xətti