Azərbaycanda Dəhşət: kosmetoloq qızın burnunu çürütdü - Foto

11:07 - 18 Aprel 2019 - Xəbər

Bir müddət öncə 29 yaşlı qadın bölgələrdən birində xidmət göstərən kosmetoloqa müraciət edərək burnuna filler dolğu etdirib. Lakin üç gün sonra burnunda qaralmalar olduğunu görüb. Kosmetoloquna bu barədə məlumat versə də, heç bir kömək olmayıb və vəziyyəti daha da pisləşməyə doğru gedib.

Ucnoqta.az xəbər verir ki, pasiyenti müalicə edən kosmetoloq Sevinc Abdullayeva Oxu.Az-a açıqlamasında bildirib ki, prosedur zamanı ucuz və sertifikatı olmayan preparatdan istifadə edilib:
“Xanım burun quruluşunu düzəltmək üçün özünü kosmetoloq kimi təqdim edən qeyri-peşəkar insana müraciət edib. Mən təxmin edirəm bu hansı preparatdır. Ucuzdur və sertifikatı yoxdur.
Əsas məsələ odur ki, həmin preparat (gel - red.) burun nahiyəsinə yeridilən zaman yanlışlıqla damara daxil olub. Bu zaman damar tutulub və burun nahiyəsində qan dövranı pozulub. Nəticədə isə qaralma başlayıb və qanqren olub”.

Həkimin sözlərinə görə, burnu çürüyən xanım ona güclü ağrılarla müraciət edib:
“Ona ağrıların azalması üçün dərmanlar təyin etdik. İki həftə sonra burun nahiyəsindəki qaraltılar keçməyə başladı və burun əvvəlki rənginə qayıtdı. Hazırda burun dərisi üzərində çapıqlar qalmaqdadır, onun bərpası üçün müalicəmiz davam edir”.


Xəbər xətti