Pərvinin aeroportda sərxoş görüntüləri yayıldı - Foto + Video

10:26 - 18 Aprel 2019 - MAQAZİN

Tanınmış aktrisa Pərvin Abıyeva və model Səmra Hüseynovanın İstanbul-Bakı reysində sərxoş olduqları iddia edilib. 

Sosial şəbəkə istifadəçisi Aysel Qəribova instaqramda post paylaşaraq Pərvinlə Səmranın Bakıda aeroportda içkili vəziyyətdə olduqlarını qeyd edib. Onun sözlərinə görə, məşhur xanımlar çamadanın üstünə çıxaraq qışqırıblar, bu isə bütün sərnişinlərin narahatlığına səbəb olub.

“Show news” instaqram səhifəsi, həmçinin qeyd edib ki, onlarla birgə şairə Nazilə Səfərli də İstanbuldan qayıdıb, lakin o, yoxlanışdan keçərək aeroportdan sakitcə uzaqlaşıb.
Onu da əlavə edək ki, Pərvin və Səmra şəxsi hesablarında təyyarədə içki içərkən və hava limanında əylənərkən görüntülərini paylaşıb. /qafqazinfo


Xəbər xətti