Naməlum silahlılar avtobusa hücum etdilər: 14 ölü

10:12 - 18 Aprel 2019 - HADİSƏ

Pakistanın cənubunda yerləşən Bəlucistan vilayətində naməlum silahlılar avtobusa hücum ediblər. Ucnoqta.az xəbər verir ki, hadisə zamanı azı 14 nəfər ölüb, bu barədə yerli “GeoTV” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum Karaçi və Qvadar şəhərlərini birləşdirən Makaran sahil yolunun baş verib.

Silahlı şəxslər avtobusu saxlatdırıb və sərnişinlərdən sənəd tələb ediblər.

“On dörd nəfər sənədləri yoxlanıldıqdan sonra avtobusdan düşürülərək güllələniblər”, - telekanalın mənbələri xəbər verib.

Bildirilir ki, meyitlər Ormara şəhər xəstəxanasına gətirilib.

 

Namiq

Xəbər xətti