Sumqayıtda kürəkən qayınanasını döyüb

08:48 - 18 Aprel 2019 - HADİSƏ

Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verib.  Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda mənzillərin birində qeydə alınıb. Kürəkən və qaynana arasında düşən mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. Belə ki, kürəkəni 1959-cu il təvəllüdlü Natavan Mirzəyevaya üz nahiyəsindən zərbələr endirib. Xəsarət alan yaşlı qadın xəstəxanaya aparılıb və ona lazımi tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti