Meşə yanğını nəticəsində 11 min nəfər təxliyə edilib

07:28 - 18 Aprel 2019 - HADİSƏ

Çinin Çenyan şəhərində (Lyaonin əyaləti) yerli vaxtla saat 13:50-də meşədə yanğın başlayıb. Güclü külək səbəbindən yanğın tez bir zamanda böyük məsafəyə yayılıb. Yanğının söndürülməsi üçün 4 min canlı qüvvə, 2 helikopter, 6 pilotsuz uçuş aparatı və 150-dən artıq yanğınsöndürən avtomobil cəlb edilib.

Yerli vaxtla saat 21:40 üçün 11 nəfər təhlükəsiz yerlərə təxliyə edilib. Yanğın nəticəsində ölənlər və yaralananlar barədə məlumat verilmir.

Yanğını səbəbi araşdırılır. (Trend)

Xəbər xətti