Bakı bulvarında gənc qız özünü dənizə atıb

06:34 - 18 Aprel 2019 - HADİSƏ

Bakının Dənizkənarı Milli Parkı ərazisində intihara cəhd hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Ağamalıyeva Mənsurə Mehman qızı özünü dənizə atıb. Sakinlərin köməkliyi ilə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qıza təcili tibbi yardım göstərilib. Hazırda zərərçəkmişin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, gənc qız şəxsi münasibətlər zəminində intihar edib. ("Report")

Xəbər xətti