"Google" xidmətlərinin işində problem yaranıb

06:32 - 18 Aprel 2019 - Xəbər

Çərşənbə günü bir sıra ölkələrdə "Google" və "Gmail"dən istifadədə problemlər yaranıb. Bu barədə məlumat məşhur internet resurslarının işini izləyən "Downdetector" xidmətinin səhifəsindən əldə olunub. Məlumata görə, xidmətlərdə problemlər ABŞ-ın Şərq sahili vaxtı ilə təqribən 17:30-da başlayıb.

ABŞ sakinləri digər yerlərə nisbətdə daha tez-tez şikayətlənirlər, problemlər Avropadan olan istifadəçilərdə də müşahidə olunur. ("Report")

Xəbər xətti