Havaya qalxmağa hazırlaşan təyyarənin mühərriki alovlandı - Video

00:03 - 18 Aprel 2019 - Xəbər

Moskvanın Vnukovo hava limanında sərnişinlər təyyarənin yandığını görüb havaya qalxmasına etiraz ediblər.

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, sərnişinlər havaya qalxmağa hazırlaşan təyyarənin mühərrikinin alovlandığını görüblər. Təyyarə Moskvadan Mahaçqalaya reys həyata keçirəcəkdi. Belə ki, sərnişinlərdən bir neçəsi mühərrikin yandığını görüb qışıqırıblar. Uçuş dayandırılıb, təyyarə dayanacağa qaytarılıb.


Hadisənin səbəbi araşdırılır.

Xəbər xətti