Bakıda DƏHŞƏTLİ QƏTL– 33 yaşlı qadının boğazını kəsib öldürdülər

22:41 - 17 Aprel 2019 - HADİSƏ

Bu gün Bakıda dəhşətli qətl törədilib.

Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evində Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuş. 1986-cı il təvəllüdlü Kütahi Məlikovanın üzərində xəsarətlər olan meyiti tapılıb. İlkin araşdırmalar zamanı 33 yaşlı qadının boğazının kəsilərək qətlə yetirildiyi məlum olub.

Bildirilir ki, 2 uşaq anası olan K.Məlikova səhər saatlarında övladlarını dərsə yola salıb. Hadisə vaxtı onun həyat yoldaşı da evdə olmayıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Gənc qadının hansı səbəbdən, kim tərəfindən qətlə yetirilməsi hələlik məlum deyil.

Xəbər xətti