Milli Şuranın mitinq istəyinə cavab verildi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirmək istəyinə cavab verib.

MŞ üzvlərindən ibarət mitinq təşkilatçıları aprelin 20-də “Məhsul” stadionunda aksiya keçirmək istədiklərini bildiriblər. Meriyanın cavabında qeyd olunub ki, yanvarın 19-da keçirilən mitinqdən sonra bəzi toplantı iştirakçıları tərəfindən ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədilməsi şəhər sakinlərinin haqlı narazılığına və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə çoxsaylı şikayət ərizələri göndərmələrinə səbəb olub.

Həmçinin mitinq iştirakçılarının polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlər ünvanlanıb.
Bunları nəzərə alaraq mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. /Qafqazinfo.az

Tarix
17 Aprel 2019 [20:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-17 20:49:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin