Azərbaycanda dəhşətli Qətl: Gəncin boynunu sındırıb, meşədə diri-diri basdırdılar

20:17 - 17 Aprel 2019 - HADİSƏ

Azərbaycanda dəhşətli qətl hadisəsi törədilib.

Tükürpədici hadisə Lənkəranda baş verib. 18 yaşlı gənc oğlan martın 14-də evdən çıxıb və bibisigilə getdiyini bildirib. Bir müddət keçdikdən sonra oğlandan xəbər ala bilməyən valideynlər qohumlarına zəng ediblər. Qohumlar uşağın onlarda olmadığını dedikdən sonra valideynlər polisə məlumat verib. Bir müddət keçəndən sonra məlum olub ki, gənc oğlan meşədə vəhşicəsinə öldürülüb, meyiti isə daş hasarın ətrafında gizlədilib.

Cinayətin üstü isə təsadüfən açılıb. Meşəyə odun toplamağa gedən 4 nəfər qadın təsadüfən gənclərin yarımtikilidə toplaşdığını və şübhəli hərəkətlər etdiklərini görüblər. Qadınlar həmin əraziyə yaxınlaşan zaman ərazidə olan 4 nəfər gəncdən 3-ü qaçaraq meşədə gizlənib. Digər bir nəfər isə əraziyə gələn qadınlardan biri Gülçöhrə adlı qadına hücum çəkib və ona xəsarət yetirib. Qadın çətinliklə də olsa polisə məlumat verə bilib. Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı Əkbər artıq polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.

Qətlə yetirilən gəncin valideynləri Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" proqramında dəhşətli fikirlər səsləndirib. Gəncin anası Xatirə xanımın dediyinə görə, oğlunu 4 nəfər birlikdə öldürüb. Oğlu 2 gün kimsəsiz ərazidə can verib. Gənc öldükdən sonra meyitə işgəncələr verilib və meşəyə gedən yolda kimsəsiz bir yerdə basdırılıb. Valideynlərin dediyinə görə, övladları öldürüldükdən sonra boynu sındırılıb, sinəsinə xəncər vurulub və meyitə qarşı qeyri-etik hərəkətlər edilib. /Azxeber.com

Xəbər xətti