Avstriyada ermənilər azərbaycanlılara hücum ediblər

Avstriyanın Litsen şəhərində azərbaycanlı gənclərə hücum olub, 22 yaşlı Mirzəyev Daşqın və 20 yaşlı Aydıni Qoşqar adlı azərbaycanlılar xəsarət alıblar.

 Aprelin 13-ü axşam saatlarında şəhərin mərkəzindəki kafelərin birindən çıxan azərbaycanlı gənclər park etdikləri yerdən avtombillərini çıxardan zaman maneə ilə üzləşiblər
Belə ki, bu zaman başqa bir avtomobil həmin yerə yaxınlaşıb. Azərbaycanlı gənclər yerlərindən çıxmaq üçün yaxınlaşan avtombildən imkan vermələrini istəyiblər.

Anlaşmazlıq nəticəsində mübahisə yaranıb. Qarşı avtomobildən düşən 4 nəfər onların azərbaycanlı olduğunu bilib, etnik zəmində təhqir yağdıraraq Qarabağ erməniləri olduqlarını gizlətməyiblər. Nəticədə əlbəyaxa dava düşüb, qeyri-bərabər güc qarşısında azərbaycanlı gənclər yüngül xəsarət alıblar. Ermənilər hadisə yerindən qaçıblar./report

Tarix
17 Aprel 2019 [16:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-17 16:57:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin