Bakıda çimərlikdən qadın meyiti tapıldı - Foto

16:14 - 17 Aprel 2019 - HADİSƏ

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Tropikanka” çimərliyinin ərazisində naməlum qadın meyiti tapıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a Polis İdarəsindən məlumat verilib. Aprelin 17-də səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşları sudan şəxsiyyəti indiyə kimi müəyyən edilməmiş qadın meyiti çıxarıb. Onun intihar etdiyini ehtimal edilir. 

Polis əməkdaşları vətəndaşlara müraciət edərək, qadının kimliyini müəyyən etməkdə köməklik göstərməyi xahiş edir. Şəkildəki qadını tanıyanların Su Nəqliyyatında Polis İdarəsinin +(99450) 200-58-08 əlaqə nöməsinə zəng vurmaları xahiş olunur:

Qadının əlamətləri: 25-35 yaşlarında, boyu 158-159 sm, saçları qara, gözləri qonur. Kriminalistlər qadında 16 qızıl dişin (səkkiz yuxarıda, səkkiz aşağıda) olduğunu bildirir. Əynində idman üslublu triko, qara uzunboğaz sviter, qırmızı baletka-tufli var.


Xəbər xətti