Bakıya yeni zibil konteynerləri gətirilib- qiyməti 153 avrodur -Foto

14:40 - 17 Aprel 2019 - Xəbər

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sifarışınə əsasən, Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının hazırlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Bildirilib ki, həyata keçirilən işlər çərçivəsində BŞİH tərəfindən Monitorinq Mərkəzi yaradılıb. Qeyd olunub ki, hazırda ölkəyə 1 540 ədəd plastik konteyner gətirilib. Konteynerlər Bakının 4 rayonunda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) qoyulub, daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. Bu, mərhələli şəkildə həyata keçirilir.

"Report"un əldə etdiyi məlumata görə, bir ədəd konteynerin qiyməti 153 avrodur. 

Xəbər xətti