Ana səhifə
22 Avqust 2018

«Filmə çəkilmək xəyalım həyata keçdi…» - Müsahibə

Murat Boz: “Həyatda önəmli olan sizi xoşbəxt edən insanla bir yerdə olmaqdır”

 

 

Nizami Kino Mərkəzində “Hadi İnşallah” filminin qala gecəsi keçirilib. “Üç nöqtə”nin məlumatına görə, filmin baş rol ifaçıları türkiyəli tanınmış müğənni Murat Boz və “Çok Güzel Hareketler Bunlar” verilişində oynadığı “stand-up” şoularından tanıdığımız aktrisa Büşra Pekin qala gecəsində iştirak ediblər. Filmin nümayişindən sonra Murat Boz mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

 

- Bakı haqqında təəssüratlarınız necədir?

- Bakıda olmaqdan qürur duyuram. Tamaşaçılarla birlikdə filmi izlədik. Azərbaycan mənim üçün çox önəmli bir ölkədir. Qardaş ölkəyik. Burada olduğum üçün xoşbəxtəm.

 

- İlk dəfədir filmə çəkilirsiniz. Bu haqda təəssüratalarınızı bilmək istərdik…

- “Hadi İnşallah” filmi aktyor kimi ilk işimdir. İlk dəfədir ki, filmə çəkilirəm. Çox çətin idi, amma təbii ki, mənim üçün əsas izləyicilərin necə qarşılayacaqları önəmlidir. Tamaşaçıları bəyəndiyini görmək məni xoşbəxt edir. Türkiyədə də maraq gördük. Bu maraq qarşısında sevincli olmamaq mümkün deyil. Çox xoşbəxtəm. Filmdə mənə rejissorumuz, Büşra Pekin və bütün aktyor heyəti dəstək oldular və çox kömək etdilər. Onların sayəsində çox gözəl bir işə imza atdıq. Mən filmi çox bəyəndim. Çəkilişlər super keçdi.

 

- Türkiyədə müğənnilərin çoxu filmə çəkilirlər…

- Əslində, kariyeramda belə bir filmin olmasını istəyirdim. Bilirsiniz ki, müğəniyyəm. Filmdə necə mahnı oxuduğumu izlədiniz. Möhtəşəmdir. Amma deyəsən, bu addımla ikinci film də olacaq. İnşallah. Görək necə olacaq. “Hadi İnşallah” filmində boş rolun ifaçısı Büşra Pekinlə canlandırdığım obrazın sevincini yaşayırıq. Filmdə çəkilmək xəyalım həyata keçdi və bundan qürur duyuram. Bu, mənim üçün şansdır.

 

- Murat bəy, filmdə Büşra xanım dəli-dolu bir gənc xanım karakterini canlandırır. Həyatda Büşra Pekin kimi bir xanıma aşiq olarsınızmı?

- Təbii ki, aşiq olaram. Həyatda önəmli olan sizi xoşbəxt edən insanla bir yerdə olmaqdır. O həm dostluq, həm də sevgi üçün keçərlidir.

 

- Siz mağarada arabesk mahnı səsləndirdiniz. Bu, planlaşdırılmış səhnə idi?

- Əslində, filmdə o səhnə vardı, amma mahnı oxumaq yox idi. Mahnı oxumağım hamımız üçün sürpriz oldu. Rejissorumuz dedi ki, Murat Boz hər zaman mahnı oxuyur, bu dəfə oxuya bilməsə, necə olar? Mahnı çox gülməli alındı. O şəkildə həyatda mahnı ifa etsəydim, mən burada olmazdınız. Allahdan səsimiz yaxşıdır.

 

- Filmdə canlandırdığınız obrazınızı sənətçi dostlarınız necə qarşıladı?

- Dostlarım çox gözəl qarşıladılar. Bu işimdə heç bir tənqidi deyil, müsbət fikirlər eşitdim.

 

- Murat bəy “O səs Türkiyə”də sizi daha zarafatcıl və əyləncəli gördük. Bu filmdə sanki Büşra xanım ön planda, siz bir az ikinci planda görsənirsiniz…

- Əslində, bunu bilmirəm. Bu ideya kitabdan götürülüb və orada bir qadının hekayəsi göstərilir. Təbii ki, Büşra xanımın olduğu hər filmdə ikinci planda qalmağı istəyərəm. Hadisələr qızın üzərində baş verdiyi üçün bu, normaldır.

 

- Büşra xanımla səmimi səhnəniz var və bu zaman çox rahat görünürdünüz. Bu haqda nə deyə bilərsiniz?

- Bu səhnədə rahatlığım Büşranın professionalığından qaynaqlandı. Mənim daha əvvəl bir klipimdə təcrübəm vardı.

 

- Bu komedik filmdən sonra romantik filmlərə və seriallara çəkiləcəksinizmi?

- Seriala çəkilmək haqqında düşünmürəm. Çünki seriala çox vaxt xərclənir. Mənim əsas işim müğənnilikdir. Ona görə də, hazırda seriala çəkilmək fikrim yoxdur. Gələcəkdə necə olacağını bilmirəm, böyük danışmayım. Bu filmlə kariyerama başladım və davam edəcəyimi düşünürəm. Bu başqa layihələrdə, dram, komedik filmlərdə də ola bilər, inşallah.

 

 

Rəqsanə

Tarix
23 Dekabr 2014 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin