Ağdamda ananın körpəsini boğaraq öldürməsinin Təfərrüatı

Ağdam rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb.  Belə ki, həmin kənddə müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 1992-ci il təvəllüdlü Günel Şahsevər qızı İsmayılova 10 aylıq körpə qızını boğaraq öldürüb. O, hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub və saxlanılaraq istintaqa cəlb olunub.

Bildirilib ki, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub və ailədə tez-tez münaqişələr baş verib. Nəticədə boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb. Öldürülən uşaq ailənin tək övladı olub.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
16 Aprel 2019 [13:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-16 13:54:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin