Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olacaq

10:14 - 16 Aprel 2019 - İDMAN

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start veriləcək.

Keçiriləcək iki görüşlə ilk yarımfinalçılar bəlli olacaq. "Barselona" İspaniyada "Mançester Yunayted"lə qarşılaşacaq. Səfərdəki görüşdə 1:0 hesablı qələbə qazananan kataloniyalılar böyük üstünlük əldə edib.

Digər matçda isə "Yuventus" "Ayaks"ı qəbul edəcək. Hollandiyada keçirilən qarşılaşamada 1:1-lik nəticə qeydə alındığından Turin təmsilçisini növbəti mərhələyə bir addım yaxın hesab etmək olar.

16 aprel
Çempionlar Liqası
1/4 finalın cavab oyunları


23:00. "Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 1:0

23:00. "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya)
İlk oyun - 1:1

17 aprel

23:00."Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
İlk oyun - 0:2

23:00."Mançester Siti" (İngiltərə) - "Tottenhem" (İngiltərə)
İlk oyun - 0:1
/qol.az

Xəbər xətti