Daha bir idmançımız dopinqə görə cəzalandırılıb

10:13 - 16 Aprel 2019 - İDMAN

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edib.

Dopinq-testi müsbət nəticə verən Elmar Alıyev 4 il müddətinə diskvalifikasiya olunub. Onun orqanizmində qadağan olunmuş "Urine substitution" ("M2. Chemical and Physical Manipulation") peraparatı tapılıb.

56 kq çəkidə çıxış edən ağırlıqqaldıranın cəzası 12 sentyabr 2018-ci ildən qüvvəyə minib və 12 sentyabr 2022-ci ildə başa çatacaq./report

Xəbər xətti