Lukaşenko Türkiyəyə gedir

23:29 - 15 Aprel 2019 - DÜNYA

Belarus prezidenti Aleksandr Lukaşenko sabah Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq səfərdə iki ölkə arasındakı əlaqələr müzakirə ediləcək. İki prezidentin görüşündə əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımlar barədə söhbət aparılacaq.

Bundan başqa, regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi ediləcək.

Xəbər xətti