BDU: Prorektorlar işdən çıxarılmayıb

Bakı Dövlət Universitetinin (BDU) Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevin və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının vəzifələrindən azad edlməsi ilə bağlı bəzi KİV-lərdə yer alan məlumatlar yayılan məlumatlar həqiqəti əks etdirmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-nun mətbuat xidmətinin rəhbər Pərvanə İbrahimova bildirib. “Adları çəkilən prorektorların vəzifədən azad edilməsi xəbəri həqiqəti əks etdirmir və onlar iş başındadırlar”, - deyə o, bildirib.

Bəzi KİV-lərdə Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevin rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başladığı və sözügedən rektorları vəzifələrindən azad etdiyi haqda məlumat yayılmışdı.

Tarix
15 Aprel 2019 [22:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-15 22:09:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin