Tələbə qız şəkil çəkdirərkən qüllədən yıxıldı - Foto

ABŞ-ın Nyu-York şəhərindəki Fordhem Universitetinin 22 yaşlı tələbəsi Sidney Monfris şəkil çəkdirərkən ölüb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, o, dostları ilə “Keatinq Hall” saat qülləsinə çıxaraq şəkil çəkdirmək istəyib. Qülləyə dırmanarkən Monfris anidən yıxılıb və qüllənin içindəki spiral formalı pilləkənlərdən aşağı yuvarlanıb. 12 metr hündürlükdən yıxılan qız ağır xəsarətlər alıb. Dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin qülləyə kənar şəxslərin girişi qadağandır. Tələbələrin ora necə girdiyi araşdırılır.

Tarix
15 Aprel 2019 [22:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-15 22:13:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin