BDU-nun 2 prorektoru işdən çıxarıldı

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başlayıb. 

Ucnoqta.az demokrat.az-a istinadən xəbər verir ki, rektor Elçin Babayev BDU-nin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevi və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlını vəzifələrindən azad edib.

Onların yerinə isə hələlik heç bir təyinat yoxdur.
Məsələ ilə bağlı əlavə məlumat olan kimi oxuculara təqdim edəcəyik.

Qeyd edək ki, işdən çıxarılan Sani Hacıyev və Nəbi Ramazanlı BDU-nin keçmiş rektoru Abel Məhərrəmova yaxın şəxslər kimi tanınır. 

Tarix
15 Aprel 2019 [17:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin