Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib

Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib. 

Bu, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Maliyyə Nazirliyinin Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının Müşahidə Şurasının və Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti olub. Dəyişikliyə əsasən, Maliyyə Nazirliyinin Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti ləğv edilib.

Qeyd edək ki, bu dəyişiklik  “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli qanunun icrası ilə əlaqədar edilib. Qanuna edilən dəyişikliyə əsasən, Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək Bankın Müşahidə Şurasının səlahiyyətləri sırasına daxil edilib. /ONA

Tarix
15 Aprel 2019 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-15 18:30:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin