Ana səhifə
17 Dekabr 2018

"İlk dəfədir Bakıya gəlirəm”

Nizami Kino Mərkəzində “Olur Olur” filminin qala gecəsi keçirilib. Filmin qala gecəsinə aktyor Alper Kul da qatılıb.

 

 

Filmdən sonra aktyor  mətbuatın suallarını cavablandırıb. Bakı haqqında təəssüratlarını bölüşən Alper Kul qeyd edib ki, Azərbaycanda olduğu üçün çox xoşbəxtəm: “İlk dəfədir Bakıya gəlirəm. Çox gözəl şəhəriniz var, insanlarınız çox zərifdir. Burada sizləri xoşbəxt görmək məni də xoşbəxt etdi. Gözəl qarşılandım”.

Rolu haqqında danışan aktyor deyib ki, film xoşbəxt sonluqla bitir: “Rolum 30 yaşlı, ağlı işləməyən, ibtidai sinifdə vurulduğu qızın arxasınca gedən bir oğlandır. Filmin mənası “Özünü itirmə”dir, özünü itirsən, biabır olarsan. Film xoşbəxtliklə bitir”.

Qeyd edək ki, filmdə çəkilən aktyorlar arasında Şinasi Yurtsever, Onur Buldu, Yılmaz Gruda, Ayça Varlıer və Ali Kobanbay da yer alıb.

Tarix
23 Dekabr 2014 [16:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin