Çavuşoğlu: "Niyə Ermənistan qoşunlarını Qarabağdan çıxarmır?"

16:02 - 15 Aprel 2019 - DÜNYA

"Ermənistanın da daxil olduğöu bütün beynəlxalq təşkilatlarda Azərbaycanın torpaqlarının işğalı dəqiq qeyd olunur. Niyə Ermənistan qoşunlarını Qarabağdan çıxarmır?"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmağa çağırıb. Ucnoqta.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, ilk növbədə Ermənistan dürst olmalıdır: "Niyə Ermənistan qoşunlarını Qarabağdan çıxarmır?"- deyə o bildirib.

XİN başçısı qeyd edib ki, Azərbaycanın istənilən problemi Türkiyənin maraqlarına toxunur.
"Ermənilər dürüstlükdən danışır, lakin olmayan "soyqırım" haqqında yalan məlumatlar yayırlar"- deyə XİN başçısı vurğulayıb.

O əlavə edib ki, Türkiyə ordusunun yaxaladığı və öldürdüyü PKK terrorçuları arasında kifayət qədər erməni var.

Emin
 

Xəbər xətti