Xalidə Bayramova Elinanın intiharı ilə bağlı çəkilən videodan DANIŞDI

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğunda ifadə verməsi ilə bağlı xəbərə münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğuna getməsini təsdiqləyib:
"Bəli prokurorluğa getmişəm. Bəzi sənədlər tələb olunurdu. Həmin sənədləri təqdim etmək üçün prokurorluğa getmişəm. Onu qeyd edim ki, sosial şəbəkələrdə yayılan videonu mən çəkməmişəm. Bu barədə prokurorluqda istintaq bitəndən sonra ictimaiyyətə daha geniş açıqlama verəcəm".

Qeyd edək ki, Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib.   Müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb. Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovadır.

Tarix
15 Aprel 2019 [14:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin