Nazarbayev Koçaryana məktub yazıb

14:03 - 15 Aprel 2019 - DÜNYA

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Ermənistanın keçmiş ikinci prezidenti Robert Koçaryana məktub yazıb.

Ucnoqta.az Ermənistan mediasına istinadən xəbər verir ki, Nazarbayev məktubda ölkəsinin daxili siyasətində və idarəçiliyində baş verən dəyişiklikləri Koçaryanın diqqətinə çatdırıb.
Nazarbayev məktubunda Koçaryanla birgə fəaliyyətini yaxşı xatırladığını bildirib. Buna görə də bundan sonra da onunla şəxsi əlaqələrinin davam edəcəyinə ümid etdiyini qeyd edib.

Xəbər xətti