Gənclər üçün yeni pullu mükafat təsis edilib

Ötən gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev ”Ucnoqta.az”-a bildirib ki, iclasda prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Kinematoqrafiyasının İnkişaf konsepsiyası” ilə bağlı sərəncamın icrasına uyğun olaraq, müzakirələr aparılmış, təkliflər verilib. Həmin sərəncamın icrasına uyğun, iclasda veteranlara və gənclərə yardım fondu yaradılıb.

Bu fond vasitəsiylə vetereanlara və gənclərə mütamadi olaraq maddi yardımlar ediləcək. Daha sonra qrumun sözçüsü qeyd edib ki, iclasda İttifaqın İdarə heyəti tərəfindən gənc kinematoqrafçılar üçün “Yeni nəfəs” Milli Mükafatı(pullu mükafat) təsis olunub. Bu mükafat hər il 2 avqust “Milli Kino” Günündə yaradıcıllıq axtarışında olan, öz işi ilə fərqlənən, uğurlar qazanan və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan gənc kinematoqrafçılara təqdim ediləcək.

Daha sonra iclasda gündəlikdə olan digər məsələlər müzakirə edilmiş, 30 dan çox kino sahəsində çalışan şəxslər İttifaqa üzv qəbul edilib. 

Tarix
15 Aprel 2019 [13:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-15 13:00:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin