Xocəvənddə silah-sursat aşkar edilərək götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Yeni Xocavənd qəsəbəsi ərazisindəki əkin sahəsindən 1 ədəd “ST. Etienne” markalı tüfəng, 3 ədəd “İJ” markalı tüfəng, 2 ədəd alışqansız “F-1” markalı əl qumbarası, 30-dan çox müxtəlif patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
15 Aprel 2019 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin