Avtomobili yay rejiminə necə keçirək? - Usta Məsləhəti - Video

Qış mövsümündə istifadə edilən şinləri yayda avtomobilin üzərində saxlamaq olmaz.

Bu həm qəza riskini artırır, həm də avtomobilə ziyan vurur. Avtomobillərin yay rejiminə keçidi ilə bağlı görülməsi vacib olan dəyişikliklər barədə ustalar bildirir ki, əsas məsələ təkərlərin dəyişdirilməsidir. Çünki isti havalarda qış təkərləri həm səs verməyə başlayır, həm də maşının özünə ziyandır.

Usta deyir ki, qış aylarında bir neçə dəfə avtomobilin kondisonerindən istifadə etmək lazımdır. Əks halda yayda kondisonerdə nasazlıq yarana bilər. Bundan başqa, soyutma sisteminə diqqət yetirmək lazımdır.

Usta Sahil Ağabəyli deyir ki, maşında istifadə edilən yağların qış və ya yay üçün nəzərdə tutulması Azərbaycan üçün keçərli deyil. Bizim regionda kəskin soyuq və ya isti hava müşahidə olunmadığına görə, yağların dəyişdirilməsi bir o qədər də vacib deyil. Sürücülər isə hələ yay mövsümünə avtomobillərini hazırlamadıqlarını deyirlər.

Avtomobilə vaxtında qulluq etmək lazımdır ki, yayın istisində hansısa problemlə qarşılaşmayasınız./xezerxeber

Tarix
15 Aprel 2019 [00:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin